Hüseyn Cavid sənətimiz tarixinə əlvan, romantik səhifələr yazmış şair və
dramaturqdur. Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin yaradıcısı
olan monumental-romantik sənətkarın əsərləri 1920-30-cu illərdə səhnə-
mizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram aktyorumuz
məhz bu əsərlərlə yetişmişdir. Öz fəlsəfi, poetik və estetik konspesiyalarıyla
“Cavid teatrı” hətta Cavidin əsərləri səhnədə oynanmadığı dövrlərdə belə öz
təsir gücünü zərrəcə itirmədən yaşamışdır.
Mütəfəkkir sənətkarın “Əsərləri”nin bu cildinə “Knyaz” (1928-1929) və
“Səyavüş” (1933) mənzum faciələri daxil edilmişdir.
İnqilabi mözuda yazılmış “Knyaz” dramının ideyası Gürcüstanda sovet
quruluşunun bərqərar olduğu dövrdən və həmin ərəfədə baş verən hadisə-
lərdən alınmışdır.
“Səyavüş” mənzum faciəsi isə fars-tacik şairi Əbülqasim Firdovsinin
1000 illik yubileyinə Hüseyn Cavidin hədiyyəsi idi. Faciədə qədim “Şahnamə”
motivlərinə, çox geniş yayılmış və dəfələrlə işlənmiş “Səyavuş” dastanına
tamamilə yeni, müasir mövqelərdən yanaşan Cavid tarixi keçmişdə də daha
çox milli istiqlalla bağlı motivlər axtarır.
| Format | Size | |
|---|---|---|
| 395.6 KB | Download | |